Press "Enter" to skip to content

Azərbaycanda “yaşıl enerji“ istehsalının həcmi

Azərbaycanda “yaşıl enerji“ istehsalının həcmi

BAYRAQDAR MEDİA – 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 mln. kVt•st olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu dövrdə İES-lərdə 6 milyard 066 mln. kVt•st, SES-lərdə 510,5 mln. kVt•st, digər mənbələr üzrə isə 414,5 mln. kVt•st, o cümlədən külək elektrik stansiyalarında 247,7 mln. kVt•st, günəş elektrik stansiyalarında 91,3 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 mln. kVt•st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt•st təşkil edib”.

Sonra xəbərdə, “rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 076,8 mln. kVt•st (İES-lərdə 5 milyard 558,6 mln. kVt•st, SES-lərdə 508,1 mln. kVt•st, GES-lərdə 10,1 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 mln. kVt•st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 mln. kVt•st, idxalı isə 35,0 mln. kVt•st olub” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.