Press "Enter" to skip to content

I rübdə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

KOBİA

BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

Bu barədə KOBİA-dan məlumat verilib.

Məlumata görə, şəhadətnamə almış sahibkarların 10-u hüquqi, 6-sı fiziki şəxsdir: “Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə regionlardandır. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir”.

Mission News Theme by Compete Themes.