Press "Enter" to skip to content

EMTA və “Premium Bank” arasında müqavilə

EMTA və “Premium Bank” arasında müqavilə

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və “Premium Bank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindəndaxil olub.

Xəbərdə deyilir ki, “müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Baxşəliyev imzalayıblar. Tərəflər fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər”.

Daha sonra xəbərdə, “S.Axundov Fondun fəaliyyəti barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlərin verilməsinin nəzərdə tutulduğunu bildirib. O, bu məqsədlə indiyədək ölkənin on iki aparıcı bankı ilə əməkdaşlıq müqaviləsinin imzalandığını deyərək, bu istiqamətdə “Premium Bank” ASC ilə əməkdaşlığın da uğurlu olacağına əmin olduğunu qeyd edib. F.Baxşəliyev bankın fəaliyyətindən danışaraq öz növbəsində, qarşılıqlı əlaqələrin inkişafından söz açıb. O, fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlərin enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsinə, eləcə də imzalanan müqavilənin tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib” deyə bildirilir.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını EMTA həyata keçirir. EMTA Prezidentin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.