BAYRAQDAR MEDİA – İstanbul Elektrik və Elektronik İhracatçıları Birliyinin İdarə Heyətinin üzvləri və katibliyi Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.
Bu barədə TÜİB-dən məlumat verilib.
Məlumata görə, görüş zamanı qonaqlara TÜİB-in fəaliyyəti, həyata keçirdiyi layihələr, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafına verdiyi töhfələr, eləcə də iş adamları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat təqdim olunub.
Öz növbəsində, İstanbul Elektrik və Elektronik İhracatçıları Birliyinin nümayəndələri təşkilatın fəaliyyəti, ixrac potensialı, üzv şirkətlərin beynəlxalq bazarlardakı rolu və prioritet istiqamətləri barədə təqdimatla çıxış ediblər.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Xüsusilə, elektrik və elektronika sektorunda birgə layihələrin həyata keçirilməsi, biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının təşviqi və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda tərəflər gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi, birgə tədbirlərin təşkili və işgüzar platformaların yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.





İlk şərhi yaza bilərsiniz