Press "Enter" to skip to content

Nazir CECECO-nun icraçı direktoru ilə görüşüb

Nazir CECECO-nun icraçı direktoru ilə görüşüb

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə CECECO-nun regional əməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr və birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumun maliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub”.

Ardınca xəbərdə, “Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində mövcud milli qanunvericilik, normativ hüquqi aktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş toplusunu formalaşdırmaq kimi planları diqqətə çatdırılıb. Belə təşəbbüslərin investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün faydalı olacağı qeyd edilib. Həmçinin bildirilib ki, sözügedən Mərkəz əhatə etdiyi ölkələrdə müvafiq sahədə bilik və bacarıqların artırılmasına, təcrübə mübadiləsinə dəstək verməyi, regional və beynəlxalq forumlarda iştirakını genişləndirməyi planlaşdırır. Söhbət zamanı EN-in fəaliyyətinə dəstəyi ifadə olunub və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə tədbirlərin keçirilməsi tövsiyə edilib” deyə vurğulanır.

Qeyd edək ki, Mərkəz İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsi kimi 2025-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.