Press "Enter" to skip to content

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüş keçirib. Görüşdə Azərbaycan–Almaniya iqtisadi tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub. Ticarət, investisiya, kiçik və orta biznesin inkişafı, enerji, kənd təsərrüfatı və turizm sahələrindəki əməkdaşlığın potensialı xüsusi vurğulanıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, tərəflər biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər, habelə Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması potensialı, habelə biznes əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində Birgə Niyyət Bəyannaməsinin əhəmiyyəti qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.