Press "Enter" to skip to content

“Chevron” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bakı Enerji Həftəsi” çərçivəsində “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın enerji sektoru üzrə beynəlxalq şirkətlərlə strateji tərəfdaşlığın inkişafına verdiyi önəm diqqətə çatdırılıb. Azərbaycanın iqtisadi inkişaf və enerji sahəsindəki strateji prioritetləri, habelə tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri vurğulanıb.

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili, ixrac marşrutları, eləcə də karbonsuzlaşma sahəsindəki layihələr barədə ətraflı müzakirələr aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.