Press "Enter" to skip to content

Mikayıl Cabbarov Dorin Junqietu ilə görüşüb

Görüşdən foto

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bakı Enerji Həftəsi” çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüş keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə edilib. Enerji, ticarət, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər biznes əlaqələrinin gücləndirilməsi üçün mövcud potensialı dəyərləndirərək ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.