Press "Enter" to skip to content

Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Görüşdən foto

Son yeniləmə: 1 İyun 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bakı Enerji Həftəsi” çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, habelə iki tərəf arasında işgüzar dairələrin tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi xüsusi olaraq qeyd edilib.

Bundan başqa, Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi, eləcə də Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.