BAYRAQDAR MEDİA – 2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən çox sahəvi görüş və maarifləndirmə tədbir itəşkil olunub ki, bu tədbirlərdə ümumilikdə1500-ə yaxın biznes subyekti iştirak edib. Kiçikvə Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunmuş tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində yeniliklər,qanunvericilikvə dövlətin dəstək alətləri barədə məlumatlandırılıb, onların təklifləri və qarşılaşdıqları məsələlər müvafiq qurumların iştirakı ilə müzakirə edilib.
Bu barədə KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da davam etdiriləcək: “Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam və Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək. Görüşlərəsasən KOB-ların kapital bazarlarına çıxış imkanları, arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl iqtisadiyyat,heyvandarlıq, turizm kimi sahələrdə mövcud vəziyyət, inkişaf perspektivləri və çağırışlara həsr olunacaq. İyul ayında biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda görüşlər onlayn formatda olmaqla bütün ölkə regionlarında təşkil olunacaq”.






İlk şərhi yaza bilərsiniz