Press "Enter" to skip to content

50 kilometrlik yeni Dairəvi Yol layihəsi

Yolun xəritəsi

BAYRAQDAR MEDİA – AK Parti Iğdır vilayət təşkilatının sədri Ali Kamal Ayaz şəhərin nəqliyyat və logistika imkanlarını gücləndirəcək 50 kilometrlik yeni Dairəvi Yol layihəsi üzrə işlərin davam etdiyini açıqlayıb. O bildirib ki, layihə Iğdırın beynəlxalq ticarət marşrutları üzərindəki strateji mövqeyini daha da gücləndirəcək və şəhərdaxili nəqliyyatın yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Ali Kamal Ayaz deyib ki, yeni yol istifadəyə verildikdən sonra Naxçıvan və Ermənistan istiqamətindən gələn ağırtonnajlı yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan birbaşa hərəkət edə biləcəklər. Bunun sayəsində tıxacların, hava çirkliliyinin və yolların aşınmasının minimuma enəcəyi gözlənilir.

Layihənin Iğdırı regionun əsas logistika mərkəzlərindən birinə çevirməsi nəzərdə tutulur. AK Parti rəsmisi bildirib ki, layihənin qrafikə uyğun icrası üçün Ankarada aidiyyəti dövlət qurumları ilə intensiv təmaslar davam etdirilir. O, millət vəkili Cantürk Alagöz ilə birlikdə Nəqliyyat və İnfrastruktur Nazirliyi səviyyəsində mühüm görüşlərin keçirildiyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.