Press "Enter" to skip to content

“Limak Group”un fəxri prezidenti ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin aparıcı infrastruktur və tikinti şirkətlərindən olan “Limak Group”un fəxri prezidenti Nihat Özdemirlə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti,Ələt Azad İqtisadi Zonası və işğaldan azad olunmuş ərazilərdə geniş əməkaşlıq imkanları, ölkəmizdə həyata keçirilən strateji layihələr, eləcə də özəl sektorun inkişafı üçün tətbiq olunan dəstək mexanizmləri barədə məlumat verilib.

Tərəflər infrastrukturun inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq və müvafiq sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi perpsektivlərini nəzərdən keçiriblər. Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişafıməsələləri barədə fikir mübadiləsi aparılıb

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.