BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarlara müraciət edib.
KOBİA-dan bildirilib ki, iyulun 24-də Qəbələ və İsmayıllı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin görüşü təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev müvafiq rayonlar üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Görüş saat 11:00-dan etibarən Qəbələ şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: Heydər Əliyev prospekti 40) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə görüşə yazıla bilərlər (Tel.: 055 500 12 17, e-mail: afshin.afsarbayli@smb.gov.az , Afşin Əfsərbəyli, KOB dostu).






İlk şərhi yaza bilərsiniz