Azərbaycan və Türkmənistan arasında ilk e-TIR pilot daşınması başlayıb
BAYRAQDAR MEDİA – Azərbaycan ilə Türkmənistan arasında elektron TIR (e-TIR) sistemi üzrə ilk pilot daşınmaya başlanılıb.
Bunu 2026-cı ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov dedi.
Onun sözlərinə görə, pilot layihə çərçivəsində yük artıq Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılıb və növbəti mərhələdə Türkmənistana göndəriləcək: “Bu həftə Türkmənistanla Azərbaycan arasında e-TIR, yəni elektron TIR daşınmasının ilk pilotu başladı. Pilot artıq başa çatmaq üzrədir. Yük Qazaxıstandan Türkmənistana göndəriləcək və ilk elektron TIR daşınması həyata keçiriləcək. Ümid edirik ki, hər hansı problem yaranmayacaq. Yaransa belə, onları aradan qaldırmaq üçün bu pilot layihə böyük əhəmiyyət daşıyır”.
Baş katib əlavə etdi ki, e-TIR sistemi kağız TIR kitabçasını əvəz edir və beynəlxalq yükdaşımalarında əməliyyatların daha sürətli həyata keçirilməsinə imkan yaradır: “Növbəti mərhələdə elektron CMR qaiməsinin tətbiqi də planlaşdırılır”.
K.Qurbanovun vurğuladı ki, Azərbaycan e-TIR sisteminin tətbiqində lider ölkələrdən biridir və bütün zəruri implementasiya işləri artıq həyata keçirilib.






İlk şərhi yaza bilərsiniz