Press "Enter" to skip to content

Xankəndi, Xocalı və Ağdərəyə yola salınan köç karvanları çatıb

Doğma yurda qayıdış

BAYRAQDAR MEDİA – Avqustun 21-də doğma yurduna yola salınan köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülən 36 nəfərdən ibarət 8 ailəyə, Xocalı rayonunun Badara kəndinə 13 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 10 nəfərdən ibarət 4 ailəyə, Xanabad kəndinə 31 nəfərdən ibarət 8 ailəyə, Ballıca kəndinə 8 nəfərdən ibarət 3 ailəyə, Təzəbinə kəndinə 71 nəfərdən ibarət 14 ailəyə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfərdən ibarət 12 ailəyə, Həsənriz kəndinə 30 nəfərdən ibarət 6 ailəyə, Aşağı Oratağ kəndinə 49 nəfərdən ibarət 12 ailəyə, Çapar kəndinə 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib”.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Komitənin nümayəndələri iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.