Press "Enter" to skip to content

İspaniyanın “Santander” bankının nümayəndələri ilə müzakirələr aparılıb

Görüş zamanı

Son yeniləmə: 2 Sentyabr 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın “Santander” bankının nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.
Ölkəmizdə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları nəzərdən keçirilib. Bu çərçivədə “Santander” bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.