Son yeniləmə: 2 Sentyabr 2026
BAYRAQDAR MEDİA – Türkiyənin Tarım Texnologiyaları Klasteri (TÜME) Fondu tərəfindən Gökçeadanın kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi, innovativ kənd təsərrüfatı tətbiqlərinin genişləndirilməsi və dayanıqlı istehsal anlayışının gücləndirilməsi məqsədilə “TÜME Tarım Rotası Proqramı” keçirilib. Tədbirdə adanın təbii sərvətlərinin qorunması və kənd təsərrüfatının gələcəyi müzakirə olunub, proqramda Gökçeada kaymakamı Osman Acar, Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu, vilayətin Kənd Təsərrüfatı və Meşə müdiri Ergün Demirhan, rektor müavini Prof. Dr. Arda Aydın, Gökçeada rayon Kənd Təsərrüfatı və Meşə müdiri Ömer Şahin, istehsalçılar, sektor nümayəndələri və çoxsaylı vətəndaşlar iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, proqram çərçivəsində TÜME İdarə Heyətinin sədri Abdulkadir Karagöz və milli idmançı, sərbəst dalış üzrə dünya rekordçusu Şahika Ercümen adada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan gənc istehsalçılarla görüşüblər. Görüşdə kənd təsərrüfatı ilə ətraf mühitin ayrılmaz olduğu vurğulanaraq, münbit torpaqlardan səmərəli istifadə, ekoloji şüurun artırılması və təbii sərvətlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Proqramda kənd təsərrüfatı texnologiyalarının istehsala verə biləcəyi əlavə dəyər də müzakirə olunub, Çanaqqala On Səkkiz Mart Universitetinin bölgənin inkişafına, aqrar elmi-tədqiqat işlərinə və gənc istehsalçıların dəstəklənməsinə önəm verdiyi bildirilib.
Gökçeada kaymakamı Osman Acar isə təbii zənginliklərin qorunması şərtilə texnologiya yönümlü istehsalın və əlavə dəyəri yüksək məhsulların hazırlanmasının adanın gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.






İlk şərhi yaza bilərsiniz