Press "Enter" to skip to content

Azərbaycan və Moldova mütəxəssislərinin görüşü

Azərbaycan və Moldova mütəxəssislərinin görüşü

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) mütəxəssisləri arasında onlayn formatda görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş zamanı EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin Enerji monitorinqi sektorunun baş mütəxəssisi Ozal Feyzili təqdimatla çıxış edərək EMTA tərəfindən gücü 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının, eləcə də sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üzrə göstərilən xidmətlər və elektroenergetika sektorunda həyata keçirilən nəzarət tədbirləri ilə bağlı ətraflı məlumat verib”.

Daha sonra ANRE mütəxəssisləri elektroenergetika sektorunda tətbiq olunan nəzarət mexanizmlərinə və mövcud qanunvericiliyə dair Moldova təcrübəsini iştirakçılarla bölüşüblər.

Görüşün sonunda qeyd olunan mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.