Press "Enter" to skip to content

Yunis Şadmanov: Gənclər düşmənin kimliyini unutmamalıdır

Yunis Şadmanov

BAYRAQDAR MEDİA – “Mənim bütün valideynlərdən bir xahişim var. Onlarlı övladlarını elə böyütsünlər ki, gələcək nəsil də düşmənimizin kimliyini unutmasın. Hər bir uşağa və gəncə deməliyik-Düşmənin kimliyini unutma!”.

Bunu şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun atası Yunis Şadmanov deyib.

O, qeyd edib ki, ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub: “Dövlətimizin apardığı məqsədyönlü siyasət və Ordumuzun qəhrəmanlığı nəticəsində bu arzu gerçəkləşdi. Bilirdim ki, oğlum şəhid ola bilər və buna hazır idim”.

Oğlu haqqında filmin ərsəyə gəlməsinə görə təşəkkür edən Əkrəm Şadmanov bildirib ki, bu filmin ərsəyə gəlməsi sayəsində yenidən doğma yurdunu, öz torpağını ziyarət edib: “Mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması çox vacib təşəbbüsdür. Doğma yurdumu ziyarət edəndə digər oğlum oradan üç daş gətirmişdi. Onlar Vətən daşı idi. O daşlar mənim üçün yadigardır. Filmi ərsəyə gətirən hər kəsə təşəkkür edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.