BAYRAQDAR MEDİA – “Azərbaycan hər zaman torpaqlarının azad olunmasına, şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır”.
Bu sözləri Report İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Global Media Group” ilə “Report” İnformasiya Agentliyinin Vətən müharibəsi və anti-terror əməliyyatlarının növbəti ildönümü ərəfəsində “Vətən daşı” sənədli filminin təqdimatında deyib.
Direktor qeyd edib ki, Vətən müharibəsi və anti-terror tədbirlərində Azərbaycan xalqının fədakarlığı, ordunun şücaəti və Ali Baş Komandanın liderliyi barədə bu kimi layihələr mütəmadi olmalıdır.
Fuad Hüseynəliyev həmçinin “Global Media Group”un rəhbəri Elnur Abdullayevə belə layihələrin təşkilində yaxından iştirak etməsi və dəstəyinə görə təşəkkür edib.






İlk şərhi yaza bilərsiniz