Press "Enter" to skip to content

“İkinci Universitet” müraciətləri davam edir

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Açıq Təhsil fakültəsində 2026-2027-ci tədris ili üzrə “İkinci Universitet” proqramına müraciətlər davam edir. Ali təhsil müəssisələrində təhsil alan və ya məzun olan şəxslər heç bir imtahan vermədən fərqli sahələr üzrə proqramlara müraciət edə bilirlər.

Universitetdən verilən məlumata görə, proqram çərçivəsində bu il Süni İntellekt Dəstəkli Kodlaşdırma və Veri Vizualizasiyası və İnformasiya Dizaynı üzrə iki yeni subbakalavr proqramı da təqdim olunur.

Açıq Təhsil fakültəsində 29 subbakalavr və 20 bakalavr olmaqla ümumilikdə 49 proqram seçimi mövcuddur. Onlayn müraciət və qeydiyyat prosesi 17 avqust–19 oktyabr 2026-cı il tarixlərində aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.