BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Tibb fakültəsinin İmmunologiya kafedrası tərəfindən “1-ci Erciyes İmmunologiya Konqresi” təşkil olunub. Sabancı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə universitet rəhbərliyi, akademiklər və tələbələr iştirak ediblər.
Rektor müavini Prof. Dr. M. Hakan Poyrazoğlu immunologiyanın demək olar ki, bütün xəstəliklərin öyrənilməsində mühüm rol oynadığını bildirərək belə bir konqresin əhəmiyyətini vurğulayıb.
Tibb fakültəsinin dekanı Prof. Dr. İsmail Dursun və konqres sədri Doç. Dr. Çağman Tan da tədbirin əhəmiyyəti və proqramı barədə çıxış ediblər.
Açılış mərasimindən sonra konqres akademik təqdimatlarla davam edib.






İlk şərhi yaza bilərsiniz