BAYRAQDAR MEDİA – “Bu filmin nümayiş vaxtı təsadüfi seçilməyib. Sentyabrın 24-ü şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günü olduğunu qeyd edib”.
Bunu “Report” İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov “Global Media Group” ilə “Report” İnformasiya Agentliyinin Vətən müharibəsi və anti-terror əməliyyatlarının növbəti ildönümü ərəfəsində “Vətən daşı” sənədli filminin təqdimatında deyib.
Namiq Mayılov artıq münaqişə və müharibə anlayışlarının arxada qaldığını, hazırda bölgədəki bərpa-quruculuq işlərinə diqqət çəkib: “Bu gün artıq Qarabağdayıq, Qarabağa qayıtmışıq, bərpa-quruculuq işləri həyata keçiririk. Bir sözlə, indi Qarabağda dirçəliş mərhələsindəyik. Biz də “Vətən daşı” filmimizdə Azərbaycanı dövlət olaraq bir ailə kimi, onun hekayəsi kimi təqdim etməyə çalışmışıq”.





