Press "Enter" to skip to content

“Birliyin Gücü – 2026” davam edir – VİDEO

“Birliyin Gücü – 2026” davam edir

BAYRAQDAR MEDİA – “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “müvafiq plana uyğun olaraq iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər. Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib”.

Ardınca xəbərdə, “təlimin hazırlıq mərhələsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.