BAYRAQDAR MEDİA – Yakın Doğu Universiteti Shanghai Ranking-in 2026 Global Ranking of Academic Subjects (GRAS) nəticələrində riyaziyyat və fizika sahələrində Türkiyə və Kıbrısdakı universitetlər arasında birinci sırada qərarlaşıb. Universitet dünya üzrə riyaziyyat sahəsində 201-300, fizika sahəsində isə 301-400 diapazonunda yer alıb. Riyaziyyat üzrə universitet ötən ilki 401-500 diapazonundan 201-300 diapazonuna yüksəlib.
GRAS universitetlərin ayrı-ayrı akademik sahələr üzrə elmi və tədqiqat fəaliyyətini qiymətləndirir və tədqiqat nəticələri, keyfiyyət, təsir, akademik kadrların səviyyəsi və beynəlxalq əməkdaşlıq kimi göstəriciləri nəzərə alır. Nəticələr Yaxın Şərq Universitetinin fundamental elmlər üzrə beynəlxalq akademik fəaliyyətini də əks etdirib.






İlk şərhi yaza bilərsiniz