BAYRAQDAR MEDİA – Ardahan Universitetinin ev sahibliyi ilə MÖDAV və universitetin İqtisadi və İdarəetmə Elmləri fakültəsinin əməkdaşlığı çərçivəsində II Doktorantura Araşdırma və Planlaşdırma Çalıştayı keçirilib. İki günlük tədbir üzbəüz və onlayn formatları birləşdirən hibrid şəkildə keçirilib.
Universitetin məlumatında deyilir ki, çalıştayda araşdırma sualının müəyyənləşdirilməsi, ədəbiyyat icmalı, hipotezlərin hazırlanması, tədqiqat metodları, məlumat mənbələri, kəmiyyət və keyfiyyət təhlili, eləcə də generativ süni intellektdən istifadə məsələləri müzakirə olunub. Praktiki məşğələlər zamanı iştirakçılar elmi məqalələri araşdırma sualı, metod, nəticə və təkliflər baxımından təhlil ediblər.
Tədbir iştirakçılara sertifikat və təşəkkür sənədlərinin təqdim olunması ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz