BAYRAQDAR MEDİA – 27 Sentyabr — Anım Günü ilə əlaqədar saat 19:00-da Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası oynanılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Musiqili Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tamaşa Prezident mükafatçısı Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda hazırlanıb. Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Qeyd edək ki, 2021-ci ildə teatrın repertuarı daxil edilən səhnə əsəri 35-ci dəfə nümayiş olunacaq. SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur”.
Qeyd edək ki, səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Əmrah Dadaşov, Gülnarə Abdullayeva, Gülcahan Salamova, Ofeliya Novruzqızı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Murad Əliyev, Əli Kərimov, balet artistləri Məhəmməd Abdullayev və Jamila Mansurova iştirak edəcəklər.






İlk şərhi yaza bilərsiniz