Press "Enter" to skip to content

“Birliyin Gücü – 2026” təliminin hazırlıq məşqləri – VİDEO

“Birliyin Gücü – 2026” təliminin hazırlıq məşqləri

BAYRAQDAR MEDİA – Azərbaycanda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimin planına uyğun olaraq şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir. Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə ustalıqla manevrlər edir, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və terrorçuların yerüstü mövqelərinə zərbələr endirilir”.

Qeyd edək ki, məşqlərin məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasiələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olmaq və onların təlimdə qarşıya qoyulmuş tapşırıqların mürəkkəb hava və relyef şəraitində yerinə yetirilməsi üzrə qabiliyyətlərini yoxlamaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.