Press "Enter" to skip to content

Sumqayıt Regional Mərkəzi təlim keçirib – VİDEO

Sumqayıt Regional Mərkəzi təlim keçirib

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kütləvi idman tədbirləri keçirilən ərazilərdə mümkün fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimə FHN-in Sumqayıt Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası da cəlb olunub. Təlimin keçirilməsində məqsəd kütləvi idman tədbirləri təşkil olunan ərazilərdə mümkün fövqəladə hadisələr zamanı xilasetmə əməliyyatı üzrə xilasedicilərin bilik və vərdişlərinin təkmilləşdirilməsi, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə bacarıqlarının daha da inkişaf etdirilməsi olub”.

Daha sonra xəbərdə, “təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq kütləvi idman tədbiri keçirilən ərazidə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib. Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.