Press "Enter" to skip to content

Sumqayıt teatrında “M.S.S” tamaşası

Sumqayıt teatrında “M.S.S” tamaşası

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “ M. S. S. – mən səni sevirəm” pyesi əsasında “M.S.S.” tamaşası hazırlanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, ““M.S.S.” adı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır. Səhnə əsərində obrazları əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov,Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova, Şəms Abdullayeva, Emil Həmidov, İlahə Səfərova, Məryəm Hüseynli, Günəş Bağırova, Kamran Muradlı və Elmir Mehdiyev canlandırırlar”.

Daha sonra xəbərdə, “tamaşanın süjet xətti məktəb mühiti, müəllim və şagird münasibətləri, insan həyatında iz buraxan duyğular və gözlənilməz ayrılıqlar üzərində qurulub. Əsərin əsas qəhrəmanı Sabah müəllimə üçün məktəb yalnız çalışdığı məkan deyil, həyatının mühüm bir hissəsidir. O, burada illər ərzində şagirdləri ilə mənəvi bağ qurub, onların həyatına toxunub və məktəbi öz dünyasının ayrılmaz parçasına çevirib. Lakin gözlənilməz xəstəlik Sabah müəllimənin həyatında hər şeyi dəyişir. Sevdiyi şagirdlərdən və illərlə qurduğu dünyadan ayrılmaq məcburiyyətində qalan müəllimənin gedişi məktəbdə dərin iz buraxır. Bu ayrılıq uşaqlar üçün də həyatın, sevginin və insan münasibətlərinin fərqli tərəflərini anlamağa səbəb olur.“M.S.S.”də müəllim və şagird münasibətləri yalnız təhsil çərçivəsində deyil, insan həyatında yaranan mənəvi bağlılıq kontekstində təqdim edilir” deyə bildirilir.

Tamaşanın premyerası yaxın aylarda nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.