Press "Enter" to skip to content

“Yaşıl Enerji Dəhlizi” üzrə elektrik enerjisinin satışı və bazar imkanları

“Yaşıl Enerji Dəhlizi” üzrə elektrik enerjisinin satışı və bazar imkanları

BAYRAQDAR MEDİA – “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumunda elektrik enerjisinin satışı və bazar imkanlarına həsr olunmuş panel sessiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Deloitte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimovun moderatorluğu ilə keçirilən sessiyada “MVM” şirkətinin müşaviri Atilla Bally, “Transelectrica” şirkətinin korporativ maliyyə üzrə rəhbəri Florin Stanciu, “Masdar” şirkətinin ölkə üzrə meneceri Murad Sadıxov, “ACWA Power” şirkətinin idarəedici direktoru Uygar Durgunay və “PowerChina” şirkətinin Avrasiya regionu üzrə baş direktor müavini Tan Xiaofeng iştirak ediblər”.

Sonra xəbərdə, “sessiyada Xəzər regionunda istehsal olunacaq bərpa olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılması və satışı üzrə kommersiya imkanları müzakirə olunub. Əsas diqqət uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin (PPA) tətbiqinə, potensial alıcıların müəyyənləşdirilməsinə, bazar tələbinə, sərhədlərarası elektrik enerjisi ticarətinə və layihənin kommersiya perspektivlərinə yönəldilib. Bərpa olunan enerji istehsalçıları, elektrik enerjisi təchizatçıları, treyderlər və korporativ alıcılar arasında əməkdaşlıq mexanizmləri, habelə enerji ixracının uzunmüddətli kommersiya əsaslarının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.