Press "Enter" to skip to content

“İrəli”dən ideya bankı ideyası

Son yeniləmə: 23 Aprel 2021 13:04

Bayraqdar.info – “İrəli” İctimai Birliyindən bayraqdar.info-ya verilən məlumata görə, gənclərin fərdi inkişafına dəstək ola biləcək hər bir təşəbbüsə açıq olan qurum ideyaların reallaşdırılması üçün ideya bankı yaradıb.

Bank gənclərə öz layihələrini həyata keçirmələrində dəstək olacaq.

İdeyaların gerçəkləşdirilməsi prosesi bir neçə mərhələdən ibarətdir. Öncə ideya sahibi olan gənclər ideyalarını banka daxil edəcək. Daha sonra həmin ideyalar araşdırılaraq seçiləcək, onların reallaşdırılması istiqamətində Birlik tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Uyğun görüldükdən sonra ideyalar layihələr şəklində reallaşacaq.

İdeya bankına layihə təklifləri olan gənclər özü və reallaşmasını istədiyi layihəsi barədə sualları cavablandırmalıdır. İdeyanın təsviri, məqsədi, keçirilmə tarixi format və s. kimi məlumatların qeyd olunması vacibdir.

Əlavə edək ki, bu imkandan yararlanmaq üçün qurumun internet saytına müraciət etmək lazımdır.

Mission News Theme by Compete Themes.