Press "Enter" to skip to content

“BİR könüllü”lər Şuşada

Bayraqdar.info – Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatı və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında birgə əməkdaşlığa başlanılıb.

Təhsil Nazirliyindən sentyabrın 7-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, əməkdaşlıq çərçivəsində “BİR” tələbə-könüllülər 80-dən çox Şuşa sakininin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərində iştirak ediblər. Səfər zamanı yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri və şəhid ailələrindən ibarət heyət BİR könüllülər tərəfindən müşayiət olunub.

“Qeyd edək ki, “Bir könüllü” təşkilatı Qarabağ bölgəsindən olan tələbə-könüllülər üçün “Qarabağ Könüllüləri” klubunu yaradıb. Klub çərçivəsində Qarabağ bölgəsindən olan tələbə-könüllülər şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün müxtəlif təlim və seminarlarda, intellektual oyunlarda iştirak edə bilər, həmçinin, könüllü fəaliyyət göstərə bilərlər. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və təşkilata üzv ola bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.