Press "Enter" to skip to content

“Özünü kəşf et” adlı ustad dərsləri davam edir

Bayraqdar.info – Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də Muzeydən xəbər verilib.

Xəbərdə deyilir ki, növbəti ustad dərsi sentyabrın 8-də Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra” mövzusuna həsr ediləcək.

“Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır. Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Dərslər ödənişsizdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.