Press "Enter" to skip to content

Nazir gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Bayraqdar.info – Sentyabrın 15-də Gənclər və İdman Nazirliyində ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrupu ilə Gənclər və idman naziri Fərid Qayıbovun görüşü keçirilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 16-da Nazirlikdən bildirilib.

“Görüş zamanı çıxış edən gənclər nazirə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, qarşılaşdıqları çətinliklər, gələcək planları barədə məlumatlar veriblər.

“Bundan başqa təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, təşkilatların sosial mediada fəaliyyəti barəsində də müzakirələr keçirilib. Gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və sair məsələlər ətrafında da söhbətlər aparılıb.

“Gənclər təşkilatlarının rəhbərləri maraqlı və səmimi görüş üçün nazir Fərid Qayıbova minnətdarlıqlarını bildiriblər.

“Daha sonra nazir Fərid Qayıbov bu görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib”, – deyə xəbərdə qeyd edilir.

Görüşdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, Nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev də iştirak ediblər.

Mission News Theme by Compete Themes.