Press "Enter" to skip to content

Qazaxda peşə hazırlıq kursu

Son yeniləmə: 14 Dekabr 2021 18:38

Bayraqdar.info – Regionlarda peşə hazırlıq kurslarının formalaşdırılması diqqət mərkəzindədir. Belə ki, Qazaxda “Tikiş avadanlıqlarının operatoru. Tikişçi” peşəsi üzrə hazırlıq kursu başlayıb.

Kurs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 22 saylı Ərazi məşğulluq filialı ilə Gəncə Peşə Hazırlıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən baş tutub.

Dövlət Məşğulluq Agentliyindən dekabrın 14-də bayraqdar.info-ya verilən məlumata görə, 10 müdavimin cəlb olunduğu kursun müddəti 2 aydır. Dərslər lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub.

“Saloğlu” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Peşə hazırlıq kursunu müvəffəqiyyətlə bitirən şəxslər sonda “Saloğlu” şirkəti tərəfindən işlə təmin olunacaq.

Mission News Theme by Compete Themes.