Press "Enter" to skip to content

Əsgərlərlə növbəti görüş

Son yeniləmə: 15 Dekabr 2021 19:18

Bayraqdar.info – “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir. Layihə çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanmış kitablar Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə qəhrəman əsgərlərə təqdim olunub.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvləri tərəfindən əsgərlər üçün vətənpərvər musiqilərdən ibarət konsert proqramı da təşkil olunub.

Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.

Mission News Theme by Compete Themes.