Press "Enter" to skip to content

Bu dəfə də diaspor könüllüləri…

Diaspor könüllüləri Şuşaya yola düşüb

BAYRAQDAR MEDİA – Sentyabrın 3-də Azərbaycan diaspor könüllülərinin mədəniyyət paytaxtımız Şuşaya səfəri təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 50 könüllü və Komitə əməkdaşları iştirak edir: “Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovlinin heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digər görməli yerlərin ziyarəti daxildir. Diaspor könüllüləri, həmçinin postmüharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar”.

“Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, səfərin əsas məqsədi gənclərin işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində vaxtilə ermənilərin törətdikləri dağıntı və vandalizm aktlarını görmələridir: “Könüllülər səfər müddətində sosial şəbəkə istifadəçilərinin diqqətini insani dəyərlərə zidd olan həmin vəhşiliklərə cəlb etmək niyyətindədirlər”.

Mission News Theme by Compete Themes.