Press "Enter" to skip to content

Ülvi Mehdiyev ASAN könüllüləri ilə görüşüb

Görüşdən xatirə fotosu

Son yeniləmə: 1 Fevral 2023 17:02

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ASAN könüllüləri ilə növbəti görüşü olub. Görüş 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gerçəkləşib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 1-də qurumdan məlumat verilib.

Bildirilib ki, Ü.Mehdiyev Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb: “Vurğulayıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın vacib bir komponentidir. Məhz ASAN könüllüləri tərəfindən mərkəzlərdə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, o cümlədən müxtəlif sosial, hərbi vətənpərvərlik, şəxsi inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub”.

Məlumata görə, ardınca ASAN könüllülərinin uğur hekayələri dinlənilib: “Görüş sual-cavab və müzakirələrlə davam edib. Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyətinə 30 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub”.

Mission News Theme by Compete Themes.