Press "Enter" to skip to content

Dövlət Xidməti üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib

Emin Həsənli

Son yeniləmə: 13 Fevral 2023 14:26

Emin Həsənli: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün var gücü ilə çalışıb

BAYRAQDAR MEDİA – “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi strukturlar içərisində çox mühüm bir yer tutur. Xidmıtin icra etdiyi fəaliyyət Azərbaycan dövləti üçün çox önəmlidir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, bildirib ki, hər il 13 fevral tarixi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir: “Mən bu münasibətlə xidmət əməkdaşlarını təbrik edirəm. Əminəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşları bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları layiqincə yerinə yetirəcək, Azərbaycan Silahlı Qüvvələrində gedən islahatların aparıcı qüvvəsi olacaqdır”.

E.Həsənlinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün var gücü ilə çalışıb, hazırda da çalışmaqdadır: “Bəlli olduğu kimi Azərbaycanda vətəndaşlarla Silahlı Qüvvələr arasında körpü rolunu bu xidmət oynayır. Yeniyetmələrin xidmətə hazırlanması işi məhz Səfərbərlik Xidmətinin üzərindədir. Lakin xidmətin işi təkcə bundan ibarət deyil. Azərbaycanda ehtiyatda olan zabitlər, gizirlər, çavuşlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Çernobl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları hər biri məhz bu Dövlət Xidmətində qeydiyyatdadır. Göründüyü kimi Dövlət Xidmətinin fəaliyyət sahəsi kifayət qədər genişdir. Bu həm də məsuliyyətin birə beş qat artıq olması deməkdir. Çünki yuxarıda sadalananlar ölkəmizdə həssas əhali qruplarına aiddirlər ki, onlarla işin düzgün qurulması xüsusi əhəmiyyət kəsb edir. Ötən dövrə nəzər salarkən qeyd edə bilərik ki, Dövlət Xidməti bu sahədə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Nəhayət, onu da bildirməyi özümə borc bilirəm ki, Dövlət Xidməti 44 günlük Vətən müharibəsində də müsbət mənada fərqləndi”.

E.Həsənli əmin olduğunu bildirib ki, Dövlət Xidməti bundan sonra da eyni əzmkarlıqla fəaliyyətini davam etdirəcək.

Mission News Theme by Compete Themes.