Press "Enter" to skip to content

Startaplar üzrə Dünya Çempionatının qalibi

Çempionlar

Son yeniləmə: 21 İyul 2023 12:40

BAYRAQDAR MEDİA – “Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaş arası uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 21-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək superfinala çıxan “Econotes” komandası birinci yerə layiq görüldü. “Econotes” beş meyara (innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma) cavab verməklə 18 komandanı geridə qoyaraq birinciliyə sahib olub. Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalibi olub”.

Digər altı biznes layihə isə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun xüsusi qızıl mükafata layiq görülüb.

Mission News Theme by Compete Themes.