Press "Enter" to skip to content

“Əsgərin kitab rəfi” kitab toplama aksiyası yenidən başlayır

Son yeniləmə: 1 Avqust 2023 11:22

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə “Əsgərin kitab rəfi” kitab toplama aksiyası yenidən başlayır.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, bu dəfəki aksiya çərçivəsində də elmi, bədii, publististik və digər janrlarda kitablar toplanacaq: “Sonda toplanmış kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərimizə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq. Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır. Kitab hədiyyə etmək istəyən şəxslər“İRƏLİ” İctimai Birliyinə yaxınlaşaraq kitablarını təqdim edə bilərlər”.

Qeyd edək ki, “Əsgərin kitab rəfi” kitab toplama aksiyası artıq ikinci dəfədir ki, həyata keçirilir.Aksiyanın əsas məqsədi əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitab toplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq Müdafiə Nazirliyinə təqdim edilib”.

Mission News Theme by Compete Themes.