Press "Enter" to skip to content

Orta Asiya gəncləri bir arada

Düşərgə iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 29 Avqust 2023 09:49

BAYRAQDAR MEDİA – Türkmənistanın gənc nümayəndələri Mərkəzi Asiya gəncləri üçün keçirilən “Gənclər. Bərabərlik. Gender” (Youth.Equality.Gender). adlı gənclər düşərgəsində iştirak ediblər.

Düşərgə Daşkənddə keçirilib.

Türkmenportal.com saytı xəbər verir ki, BMT-nin Əhali Fondunun öz sosial şəbəkələrində verdiyi məlumata görə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan iştirakçılar reproduktiv sağlamlıq, gender əsaslı zorakılıq və onun qarşısının alınması məsələlərini müzakirə edib, təlimçilər üçün proqramların yaradılması yollarını öyrəniblər: “Onlar həmçinin media təqdimatları məsələlərində savadlarını artırıblar. Birgə görüşlər zamanı gələcək üçün əməkdaşlıq planları da müzakirə olunub”.

Mission News Theme by Compete Themes.