BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də Əməkdar elm xadimi, Prof. Zemfira Səfərovanın müəllifi olduğu “Azərbaycanın musiqi elmi” kitabıdır.
Bu tədqiqatda Azərbaycanın musiqi elminin XIII əsrdən XX əsrə qədərki dövrünün tarixi, inkişaf yolu ilk dəfə xüsusi monoqrafiya halında taqdim edilir. Araşdırmada Azərbaycanın musiqi elminin inkişaf yollarının əsas mərhələləri, nəzəri və estetik problemləri, həmin dövrdə yaşayıb yaradan musiqi alimlərinin həyat və yaradıcılığı, elmi irsi təhlil və tədqiq olunub. Nəşrdə həmçinin Azərbaycan musiqi elminin korifeyləri, onun inkişaf mərhələlərinin əsas sütunları olan Səfiyəddin Urməvinin (XIII əsr), Əbdülqadir Marağainin (XIV-XV əsrlər), XV-XIX əsrlərin görkəmli alimləri, Mir Möhsün Nəvvabın (XIX əsr), Üzeyir Hacıbəyovun (XX əsr) elmi irsi, eləcə də bəzi musiqi əsərləri yerli və xarici mənbələr, arxiv materialları əsasında araşdırılıb.
Bildirək ki, kitab “Zemfira Səfərova. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” nəşri əsasında təkrar nəşrə hazırlanıb.
Qeyd edək ki, kitabın rəyçisi Xalq artisti, Prof. Vasif Adıgözəlov, redaktoru isə Sevinc Aslanovadır.