Press "Enter" to skip to content

Aşqabadda beynəlxalq gənclər konfransı keçirilib

Tədbir zamanı

Son yeniləmə: 31 Oktyabr 2023 12:22

BAYRAQDAR MEDİA – Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda “Xalqlar dostluğu gənclərin xoşbəxt gələcəyinin təminatıdır” adlı beynəlxalq gənclər konfransı və sərgisi keçirilib.

Bu barədə türkmenportal.com məlumat yayıb.

Bildirilib ki, toplantıda ölkənin ali təhsil müəssisələrinin professor-müəllim və tələbələri, Mahtımqulu adına Türkmənistan Gənclər Təşkilatının rəhbərləri və fəal üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edənlər bildiriblər ki, Türkmənistanda gənclərin ölkənin iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək, gənc nəslin vətənpərvərlik, humanitar, humanizm ruhunda tərbiyəsi üçün daha əlverişli hüquqi şərait yaradılır.

Tədbirdə Türkmənistanın “Gənclərlə bağlı dövlət siyasəti haqqında” Qanununun nəzərdə tutulan variantının qəbulunun əhəmiyyəti, eləcə də ölkənin gənclər siyasəti ilə bağlı beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.