Press "Enter" to skip to content

Gənclər Günü ilə bağlı tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Fevralın 1-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 Fevral Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək Gənclər Gününün əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyib. O bildirib ki, 1997-ci ildə H.Əliyevin verdiyi Sərəncamla hər il fevralın 2-si Azərbaycan Gənclər Günü kimi qeyd edilir. Professor Ümummilli liderin ölkədə gənclər siyasəti haqqında məlumat verib. O, həmçinin Azərbaycanın hüdudlarından kənarda çalışan, uğur qazanan gənclər haqqında da danışıb. Bundan əlavə, direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsində gənclərin rolundan söhbət açaraq vurğulayıb ki, məhz həmin gənclər tarix yazdılar. M.Əliyev çıxışı zamanı yanvarın 31-də AMEA Rəyasət Heyətinin MEK-də Gənclər Günü ilə bağlı keçirdiyi iclası xatırladıb və bildirib ki, həmin iclasda AMEA prezidenti, akademik İsa Həbibbəyli də gənclərə böyük ümidimiz olduğunu qeyd edib.

Professor sonda rəhbəri olduğu Kitabxananın gənc əməkdaşlarına təbrikini ifadə edərək onları sertifikatla təltif edib.

Tədbirdən görüntü
Tədbirdən görüntü
Mission News Theme by Compete Themes.