Press "Enter" to skip to content

Bir-birindən maraqlı panel iclasları

Anadolu Universiteti

Son yeniləmə: 1 Mart 2024 14:29

İç Anadolu Karyera Sərgisi çıxışçılar və mövzuların rəngarəngliyi ilə seçilib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyə Cumhurbaşkanlığı İnsan Kaynakları Ofisinin təşkilatçılığı və Anadolu Univeristetinin ev sahibliyi ilə Eskişehirdə İç Anadolu Karyera Sərgisi (İKAF-24) keçirilib.

ETİ-də işçi nisbəti ən yüksək olan universitet Anadolu Universitetidir

Universitetdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirin ikinci günü müxtəlif panellər üzrə çıxışçılar və mövzuların rəngarəngliyi ilə yadda qalıb.

Məlumata əsasən, belə panellərdən biri “Leadership” paneli Anadolu Universiteti Öğrenci Merkezi Yunus Emre Salonunda gerçəkləşdirilib: “P&G Türkiye Kafkasya & Orta Asya Yönetim Kurulu başqanı Tankut Turnaoğlunun məruzəçi olduğu paneldə Anadolu Üniversitetinin prorektoru Prof. Dr. Ali Resül Usul, müəllim və tələbələr iştirak edib”.

Tankut Turnaoğlu
Tankut Turnaoğlu

Qeyd olunub ki, Tankut Turnaoğlu P&G şirkətinin yaranma tarixi, nailiyyətləri, mükafatları, şirkət strukturu, işə qəbul prosesləri, liderlik prinsipləri kimi bir çox mövzuya toxunub: “Biz təkcə öz şirkətimiz üçün liderlər hazırlamırıq. Şirkətimizin liderlik məktəbi olması ilə fəxr edirik. Şirkətimizin beş əsas dəyəri var: liderlik, sahiblik, qazanmaq istəyi, etibar və dürüstlük. P&G olaraq biz bu beş dəyərə əhəmiyyət veririk və bu dəyərlərin işığında irəliləyirik”.

Panelin sonunda Anadolu Universitetinin rektor müavini Prof. Dr. Tankutoğluna Ali Resul Usul tərəfindən xatirə hədiyyəsi və sertifikat təqdim edilib.

Həmin gün, həmçinin “LAV’da Kariyer: Geleceği Şekillendiren Adımlar” mövzusunda panel keçirilib.

LAV Genel müdiri Ümit Zorun məruzəçi olduğu paneldə Anadolu Universiteti prorektoru Prof. Dr. Fatih Temizel, baş katib Prof. Dr. Ethem Esen, Anadolu Universiteti Karyera və Məzun Mərkəzinin müdiri Doç. Dr. Seda Tekeli, müəllim və tələbələr iştirak edib.

Ümit Zorun mərzəçi olduğu iclasdan xatirə fotosu
Ümit Zorun mərzəçi olduğu iclasdan xatirə fotosu

Məlumata görə, çıxışına karyerası və LAV şirkəti haqqında danışaraq başlayan Ü.Zor deyib: “Mən mexaniki mühəndisəm, İzmir 9 Eylül Universitetini bitirmişəm və 20 ildir LAV-dayam. Mükafat qazanan işlərlə məşğul olan bir çox şirkətlərimiz var. Bunlardan biri də 1948-ci ildə qurulmuş köklü bir şirkət olan Gürokdur. Kütahyada iki meqa obyekti olan bir şüşə istehsal şirkətiyik. Biz bütün şirkətlərimizdə öz maşınlarımızı istehsal edirik. LAV-da müdirlik olmaqdan daha da qardaşlıq, dostluq var. Biz gələcəyi bu mədəniyyətlə yüksəltmək istəyirik”.

Tədbirin sonunda Anadolu Universitetinin rektor müavini Prof. Dr. Fatih Temizel tərəfindən Ümit Zora hədiyyə və sertifikat təqdim olunub.

Mission News Theme by Compete Themes.