Press "Enter" to skip to content

Bahrom Aşrafxanov: Bu cür tədbrilər türk dünyasının dərin inteqrasiyasına təkan verir

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov

Son yeniləmə: 2 May 2024 18:47

Bakıda Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı rəsm sərgisi açılıb

BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, hazırda türk dünyası özünün şahlanış dövrünü yaşayır. Bunun da kökündə Türk Dövlətləri Təşkilatının (TDT) daha da güclənməsi dayanır. Təbii ki, TDT də qlobal məkanda söz deməyə iddialı bir təşkilat olaraq öz gücünü xalqların birliyi, bərabərliyi və qədim mədəniyyətindən alır.

TDT daxilində əlaqələr yeni fazaya qədəm qoyub

Qədim mədəniyyətdən söz düşmüşkən, son vaxtlar TDT-yə daxil olan ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin yeni fazaya qədəm qoyduğunu vurğulamaq olar.

Sərginin açılışına dəvət
Sərginin açılışına dəvət

Elə mayın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində qardaş Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı rəsm sərgisinin açılışını da bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirməliyik.

Özbəkistanla Azərbaycan arasında əməkdaşlıq müsbət dinamikasına və davamlığına görə fərqlənir

Mərasimdə də qeyd edildiyi kimi, bu gün TDT-yə daxil olan ölkələr arasında istər ikitərəfli, istərsə çoxtərəfli əməkdaşlıqlar mövcuddur. O cümlədən Özbəkistanla Azərbaycan arasında bu əməkdaşlıq müsbət dinamikasına və davamlılığına görə fərqlənir.

Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərləri
Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərləri

Mərasimdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın qeyd etdiyi kimi, bu gün türk dövlətləri arasında birliyin daha da möhkəmlənməsi həm də xalqların birliyindən, mədəniyyətlərin inkişafından aslıdır.

Əsərlər maraqla qarşılandı
Əsərlər maraqla qarşılandı

Bu baxımdan Özbəkistanın müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı rəsm sərgisi mühüm önəm kəsb edən addımlardan biri kimi dəyərləndirilə bilər.

Miniatür sənəti Doğu mirasıdır

Çıxışında sərgilənən əsərlər barədə da danışan direktor bildirdi ki, miniatür sənəti Doğu mirasıdır və onun bu gün də davam etdirilməsi sevindirici haldır.

Sərgiyə baxış zamanı
Sərgiyə baxış zamanı

Mərasimdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da bu cür tədbrilərin türk dünyasının daha da dərin inteqrasiyasına təkan verdiyini dedi.

Səfir qeyd etdi ki, əslində bu birlik öz gücünü xalqların mədəni birliyindən alır.

Məqsəd iki qardaş ölkə arasındakı mədəni əməkdaşlığa yeni töhfə verməkdir

Tədbirdə çıxış edən sərginin kuratoru, Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Prof. Kamola Akilova, həmçinin əsərləri nümayiş olunan özbəkistanlı rəssamlar isə miniatür sənətindən söz açaraq, bu mədəni tədbirin əhəmiyyətinə toxundular.

Özbəkistanlı rəssamlar miniatür sənətindən söz açaraq, bu mədəni tədbirin əhəmiyyətinə toxundular
Özbəkistanlı rəssamlar miniatür sənətindən söz açaraq, bu mədəni tədbirin əhəmiyyətinə toxundular

Qeyd edildi ki, sərginin məqsədi qədim miniatür ənənələrini dirçəltməklə bərabər, ona özünəməxsus şəkildə yanaşan özbək rəssamlarının əsərləri ilə Azərbaycan tamaşaçısını yaxından tanış etmək və iki qardaş ölkə arasındakı mədəni əməkdaşlığa yeni töhfə verməkdir.

Rəssamlar işlərini əyani təqdim edərkən
Rəssamlar işlərini əyani təqdim edərkən

Natiqlər vurğuladılar ki, orta əsrlərdə intibah dönəmini yaşamış miniatür üslubu müasir dövrdə də özbək milli ənənələrini davam etdirən rəssamların müraciət etdiyi əsas mənbədir. Son otuz ildə bu sənət Özbəkistanda öz tərəqqi dövrünü keçirməkdədir. Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə”, Nəvainin “Fərhad və Şirin”, Caminin “Yusif və Züleyxa” poeması və digər ədəbi mənbələr, eləcə də sevgi mövzusu, dərviş obrazları, musiqiçilər, Şərq gözəlləri, səyyah motivləri, tarixi mövzularla işlənmiş süjetlər çağdaş miniatür əsərlərində yeni nəfəs qazanıb.

Sonra miniatür üslubunda hazırlanmış rəsm əsərləri ilə tanışlıq oldu.

80-ə yaxın təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir

Mərasimdə də bildirildiyi kimi, Özbəkistan Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə Özbəkistandan olan müxtəlif rəssamların yaradıcılığına aid miniatür üslubunda işlənilmiş 80-ə yaxın təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən əsərlərdən biri
Sərgidə nümayiş etdirilən əsərlərdən biri

Sərginin kuratoru Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Prof. Kamola Akilovadır.

Mayın 8-dək davam edəcək sərgi çərçivəsində iştirakçı rəssamlar tərəfindən miniatür sənətinin sirlərini öyrədən “Şərqli dərvişin portreti” adlı ustad dərsi və Prof. Kamola Akilovanın təqdimatında “Özbəkistanın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” mövzusunda mühazirə dinləniləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.