Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı da maraqlı anlarla yadda qalıb
Yar bağında üzüm var,
Hər gilədə gözüm var.
BAYRAQDAR MEDİA – Hesab edirik ki, şairin üzüm haqqında yazdığın şeirdəki bu iki bənd dərin məna kəsb edir.

Çünki insan oğlu bütün təbiət meyvələrini çox sevsə də üzümə bir başqa məhəbbətlə yanaşır. Bəlkə də buna səbəb üzümdən alınan məhsulların rəngarəngliyi, necə deyərlər hər bir fərdi qanə etməsi ilə bağlıdır. Məsələn, xanımlar və uşaqlar üzüm doşabını, kişilər isə üzüm şərabını olmazsa-olmazdan sayırlar bəzən. Məzh buna görə də dünyanın çeşidli yerlərində üzüm və şərab festivalları keçirilir. Elə bizdə olduğu kimi.

Bu məqamda xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır.
Agentlikdən BAYRAQDAR MEDİA-ya verilən məluamat görə, Azərbaycanda batı, quzey və şquzey-batı turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır: “Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədi ilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür”.

Bütün bunlara onu da əlavə edək ki, artıq üçüncü ildir Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində IÜzüm və Şərab Festivalı keçirilir. Bundan öncəki festivallar kimi, üçüncü festival da Şamaxıda Üçüncü Üzüm və Şərab Festivalı da maraqlı anlarla yadda qalıb.
Sentyabrın 7-də başlayan və 8-də davam edən ikigünlük festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri, şərab həvəskarları iştirak ediblər.

Məlumata əsasən, birinci gündə olduğu kimi, festivalın 2-ci günündə ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dadıb, onlara şərab növləri haqqında məlumat verilib, həmçinin satışı təşkil olunub.
Agentliyin məlumatında o da qeyd edilib ki, festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır: “Festivalda sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin edilib, musiqili proqram və müxtəlif əyləncələr nümayiş olunub”.









