BAYRAQDAR MEDİA – Iğdırlı şair Kerim Yaycılının 1935-ci illərdə qələmə aldığı “Iğdır Marşı” şeiri, “Iğdır Ata Ocağı”nın təşəbbüsü ilə süni intellekt dəstəyi istifadə edilərək mahnıya çevrilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Iğdırın qurtuluş sevincini misralara köçürən Kerim Yaycılı Alhan oğullarındandır və 1913-cü ildə Iğdırda anadan olub: “Uşaqlıq illəri Birinci Dünya Müharibəsinin çətinlikləri ilə keçmiş, 1979-cu ildə Yaycı kəndində vəfat etmişdir. Məzar da həmin kəndin qəbiristanlığındadır. “Iğdır Ata Ocağı”nın apardığı çalışma ilə Iğdırın qurtuluşunu anlatan bu mənalı şeir həm bəstələnərək musiqiyə qazandırılmış, həm də marş üslubuna uyğun xüsusi klip hazırlanmışdır”.
Məlumatda qeyd edilib ki, “Iğdır Marşı” şairin Vətən sevgisini və müstəqillik ruhunu əks etdirərək şəhərin mədəni irsində yenidən dəyər qazanıb.








